Rəşad Sadıqov onlara etibar, onlar isə etibarsızlıq edir

26 Dekabr 2022 14:40 Zirə 439
Rəşad Sadıqov onlara etibar, onlar isə etibarsızlıq edir

İlk dəqiqələr «Zirə»nin üstünlüyü şəraitində keçdi. Hesabı erkən açdılar.

Rəhim Sadıxov Hamidu Keytanın ötürməsini qola çevirəndən sonra hamıya elə gəldi ki, «Kəpəz»in qapısı karvarasaya çevriləcək.

Deyir, adamın özünə elədiyini heç fələk də bacarmaz.

Coşqun Diniyev lüzumsuz yerə qırmızı vərəqə aldı, ardınca da Nemanya Andelkoviç Abdulla Şuaybunun sinəsinə təpik zərbə endirdi, o da getdi dostunun arxasınca.

Hadisələr elə sürətlə cərəyan etdi ki… Hakimlik bir iş yox, zənnimcə. Nicat İsmayıllı «Zirə»nin futbolçularını haqlı olaraq cəzalandırdı.

Gənc referini verdiyi qərarlardan dolayı günahlandıranlara qarşıyam.

Onun «Kəpəz»in oyunçularına göstərdiyi «qırmızılar»ı da mübahisəyə açıq saymıram. Hesab edirəm ki, hər iki komandanın baş məşqçisi sərəncamındakılara sərt üzünü göstərəcək, yüksək cərimə kəsəcək.

Rəşad Sadıqov qarşılaşmaya 3 xal gözüylə yanaşırdı. Gedişat ilk hissənin ortasından etibarən 180 dərəcə dəyişdi, iş elə gətirdi ki, 1 xalı qurtarmağın özü qəhrəmanlıq olacaqdı.

Yenə də Sertan Taşkın səhnəyə çıxdı, son saniyələrdə bərabərlik qoluna imza atdı. Bu, əsas heyətə düşməyən müdafiəçinin cari mövsüm vurduğu sayca beşinci qol idi.

Sertan «Zirə»nin ən qolçu ismidir, təsəvvür edirsiz?

Bircə bu fakt bəs edir ki, qəsəbə klubunun hücumçuları utanmalı olmasını anlasın.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti