"Bizə qarşı çox rahatlıqla, soyuqqanlı şəkildə qərarlar verilir" - VİDEO

26 Dekabr 2022 01:50 Zirə 294
"Bizə qarşı çox rahatlıqla, soyuqqanlı şəkildə qərarlar verilir" - VİDEO

"Möhtəşəm oyun alındı. Bu gün Azərbaycan futbolu qazandı.

Azarkeşlər maraqlı mübarizənin, oyunun şahidi oldular. Sevindirici hal odur ki, iştirakımızla keçən son matçlar maraqlı alınır".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 18-ci turunda "Kəpəz"lə keçirilən oyundan sonra mətbuat konfrnasında deyib.

O, 2:2 hesabı ilə başa çatan görüşü belə şərh edib:

"Oyunu təhlil etmək çox çətindir. Yaxşı başlamışdıq, üstünlük bizdə idi, qol vurmuşduq. Hər şey verilən qırmızı vərəqədən sonra döndü. İkinci qırmızı vərəqədən sonra çətin vəziyyətə düşdük. Buraxılan ikinci qol komandanı bir az da sarsıtdı. Amma fasilədə komanda özündə güc tapdı və yaxşı başladıq. Ərazi üstünlüyü "Kəpəz"dəydi, amma şansımızı gözləyirdik. Paltardəyişmə otağında uşaqlarla danışmışdıq ki, rəqibin sarı vərəqə cəzalısı olan oyunçuları var. Daha çox təzyiq edib, qırmızı aldırmaq olar. Bunu etsəydik, oyunu dəyişəcəyik. Bu işlədi. Düzdür, uduza da bilərdik".

R.Sadıqov hər komandadan iki futbolçuya qırmızı vərəqə verilən matçın hakimliyi haqda çox danışmaq istəmədiyini bildirib: "Fikirləşirdim ki, məğlub olsaq da, çalışacam hakimlik haqda danışmayım. Bilmirəm. Epizodlara baxmaq, təhlil etmək lazımdır. Əsas etirazlarımızdan biri Hamidu Keytanın zərbəsindən sonra rəqib oyunçudan gedən topu qapıçının ələ götürməsi idi. Son ümid foluna görə qırmızı vərəqə verilirdi. Amma sarı vərəqə ilə cəzalandırıldı rəqib. Qaydalar o qədər inkişaf edib, detallaşıb ki...Eyni epizodlarda fərqli-fərqli şərhlər...

O, Coşqun Diniyevin qırmızı vərəqə aldığı epizodu da şərh edib: "Epizodu görməmişəm. Gərək baxım. Açıq-aşkar qırmızıdırsa, gərək daha ehtiyatlı, səliqəli oynayaydı. Xüsusən də oyun nəzarətimizdədir və hər şey istədiyimiz kimi gedirsə...Belə epizodlarda diqqətli olmaq lazımdır. Bilirik ki, bizə qarşı çox həssas qərarlar verilir. "Neftçi" ilə matçda Boqomolski - Çantakiasın dirsək epizodu bu oyunda əksinə olsaydı, bizə qırmızı veriləcəkdi. Bizə qarşı çox rahatlıqla, soyuqqanlı şəkildə qərarlar verilir. Amma qərəz olduğunu deyə bilmərəm. Nicat da gənc, yeni hakimimizdir".

Digər Xəbərlər
Xəbər Lenti