Azərbaycanda iki komanda arasında elə olaylar baş verdi ki… VİDEO+FOTOREPORTAJ

26 Dekabr 2022 00:40 Zirə 489
Azərbaycanda iki komanda arasında elə olaylar baş verdi ki… VİDEO+FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, ilin və XVIII turun sonuncu oyununda "Zirə" "Kəpəz"i qəbul edib.

Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Qonaqların qollarını 25-ci dəqiqədə Fərid Nəbiyev, 41-ci dəqiqədə Nicat Süleymanov vurub.

"Qartallar"ın heyətində 11-ci dəqiqədə Rəhim Sadıxov, 90+8-ci dəqiqədə Sertan Taşkın fərqlənib.

Matçda 4 qırmızı vərəqə də göstərilib. 18-ci dəqiqədə "Zirə"dən Coşqun Diniyev, 4 dəqiqə sonra onun komanda yoldaşı Nemanya Ancelkoviç meydandan qovulub.

57-ci dəqiqədə "Kəpəz"in heyətində Elçin Əlicanov, 90+1-ci dəqiqədə isə Giorgi Kantariya eyni halla üzləşib.

Bu nəticədən sonra xallarının sayını 12-yə çatdıran Gəncə təmsilçisi 8-ci sıradakı "Sumqayıt"a çatıb. Paytaxt klubu 28 xalla 4-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti