"Bizə qarşı çox rahatlıqla, soyuqqanlı şəkildə qərarlar verilir" - Rəşad Sadıqov

25 Dekabr 2022 18:30 Zirə 627
"Bizə qarşı çox rahatlıqla, soyuqqanlı şəkildə qərarlar verilir" - Rəşad Sadıqov

"Möhtəşəm oyun alındı. Bu gün Azərbaycan futbolu qazandı. Azarkeşlər maraqlı mübarizənin, oyunun şahidi oldular. Sevindirici hal odur ki, iştirakımızla keçən son matçlar maraqlı alınır. Oyunun təhlil etmək çox çətindir. Oyuna yaxşı başlamışdıq. Üstünlük bizdə idi, qol vurmuşduq. Hər şey verilən qırmızı vərəqədən sonra döndü. İkinci qırmızı vərəqədən sonra çətin vəziyyətə düşdük. Buraxılan ikinci qol komandanı bir az da, sarsıtdı. Amma fasilədə komanda özündə güc tapdı və yaxşı başladıq. Ərazi üstünlüyü "Kəpəz"dəydi, amma şansımızı gözləyirdik. Paltardəyişmə otağında uşaqlarla danışmışdıq ki, rəqibin sarı vərəqə cəzalısı olan oyunçuları var. Daha çox təzyiq edib, qırmızı aldırmaq olar. Bunu etsəydik, oyunu dəyişəcəyik. Bu işlədi. Düzdür, uduza da bilərdik".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib. O, Premyer Liqanın 18-ci turunun "Kəpəz"lə (2:2) matçından sonra mətbuat konfransında danışıb.

- Hakimlik barədə fikriniz necədir?
- Hakimlik haqda danışmaq istəmirəm. Məğlub olsaq da, fikirləşirdim ki, çalışacam hakimlik haqda danışmayım. Bilmirəm. Epizodlara baxmaq, təhlil etmək lazımdır. Əsas etirazlarımızdan biri Hamidu Keytanın zərbəsindən sonra rəqib oyunçudan gedən topu qapıçının ələ götürməsi idi. Son ümid foluna görə qırmızı vərəqə verilirdi. Amma sarı vərəqə ilə cəzalandırıldı rəqib. Qaydalar o qədər inkişaf edib, detallaşıb ki...Eyni epizodlarda fərqli-fərqli şərhlər...

- Coşqun Diniyevin qırmızı vərəqə aldığı epizodu necə şərh edərdiz?
- Epizodu görməmişəm. Gərək baxım. Açıq-aşkar qırmızıdırsa, gərək daha ehtiyatlı, səliqəli oynamalıydı. Xüsusən də, oyun nəzarətimizdədir və hər şey istədiyimiz kimi gedirsə...Belə epizodlarda diqqətli olmaq lazımdır. Bilirik ki, bizə qarşı çox həssas qərarlar verilir. "Neftçi" ilə matçda Boqomolski - Çantakiasın dirsək epizodu bu oyunda əksinə olsaydı, bizə qırmızı veriləcəkdi. Bizə qarşı çox rahatlıqla, soyuqqanlı şəkildə qərarlar verilir. Amma qərəz olduğunu deyə bilmərəm. Nicat da gənc, yeni hakimimizdir.

- Hakimin VAR-a baxandan sonra sarı vərəqə verməsini hakimdən soruşdunuz?
- Yox, baş hakimdən soruşa bilmədim. Amma dördüncü hakimlə danışdım. Açığı, ilk dəfədir belə epizodlar qarşılaşırdım. Təəccüblü oldu ki, belə qayda var? Dedi ki, var. VAR yaranandan birinci dəfədir görürəm. Qırmızı verilsəydi, daha sonra VAR-a baxılıb kart sarıya çevrilsəydi..Belə epizodlar görmüşük. Amma hakim davam göstərdi, sonra VAR-a qaytarılır. Cərimə zərbəsi, sarı kart verməsi, ilk dəfədir görürəm.

- Qış transferləri ilə bağlı planlar necədir?
- Axtarışlar davam edir, danışıqlar aparırıq. Bir az problemli görünür. Amma çalışacağıq güclənək. Buna ehtiyac var. Hər xətt üçün planlaşdırırıq. Amma bu heyətin qalması şərtilə. Ola bilsin, futbolçu daha çox oynamaq istəsin. Hansısa futbolçuya gələcəklə bağlı fikirlərimizi deyək. Ondan sonra futbolçu komandadan ayrılmaq istəyər. Belə hallar ola bilər. Futboldur. Məyus edən odur ki, son 7-8 oyunda formamızı tapdıq. Əmin idim ki, tapacağıq. Gec oldu. Daha erkən olsaydı, daha çox xal toplayıb, bu gün üçlükdəki komandalarla xal fərqimiz fərqli idi.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"