"Zirə"nin 2 futbolçusu cəzalandı, “Neftçi” və “Qəbələ” cərimələndi

23 Dekabr 2022 17:40 Zirə 356
"Zirə"nin 2 futbolçusu cəzalandı, “Neftçi” və “Qəbələ” cərimələndi

AFFA İntizam Komitəsi "Zirə"nin iki futbolçusunu cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, Təmkin Xəlilzadə və Hacıağa Hacılı bir oyunluq diskvalifikasiya olunublar.

Buna hər iki oyunçunun "Neftçi"yə əlavə vaxtda 1:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununun sonlarında ikinci sarı vərəqə alaraq meydandan qovulması səbəb olub. Onların hər ikisi üçün ayrı-ayrılıqda 200 manat ödəyəcəklər.

"Neftçi" isə 800 manat məbləğində ziyana düşüb. Həmin qarşılaşmada "ağ-qaralar"ın 6 oyunçusunun sarı vərəqə alıb.

"Qəbələ" da eyni məbləğdə cərimələnib. "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri cavab matçında "qırmızı-qaralar"ın 4 oyunçusuna sarı vərəqə göstərilib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı