"Zirə"də son durum - "Neftçi" ilə cavab matçından öncə

19 Dekabr 2022 02:00 Zirə 561
"Zirə"də son durum - "Neftçi" ilə cavab matçından öncə

"Zirə" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində "Neftçi"nin qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, qarşılaşma öncəsi "qartallar"ın heyətində iki itki var.

"Neftçi" ilə 1/4 finalın ilk oyununda zədələnən Filipe Paxtman üçün 2022-ci il erkən başa çatıb. Braziliyalı hücumçu bu səbəbdən "Neftçi"yə qarşı oynamayacaq.

Premyer Liqanın 17-ci turunun "Şamaxı" ilə görüşündə zədələnən qapıçı Mehdi Cənnətovun durumu isə bəlli deyil. Onun oynayıb-oynamayacağı oyun günü bəlli olacaq.

"Zirə" ilk matçda "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib. Revanş qarşılaşması 20 dekabr tarixində "Bakcell Arena"da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!