Azərbaycandan təklif alan kimi bu adamla əlaqə saxlayıb

15 Dekabr 2022 21:20 Zirə 572
Azərbaycandan təklif alan kimi bu adamla əlaqə saxlayıb

“Zirə”dən təklif alanda dərhal Petar Şkuletiçlə əlaqə saxladım.

O, vaxtilə “Sabah”da oynayıb, Azərbaycan futbolu haqda məlumatlıdır”.

“Zirə”nin futbolçusu Andriya Lukoviç Sportinfo.az-a açıqlamasında ölkəmizə gəlişi haqda danışıb.

28 yaşlı serbiyalı futbolçu zirəlilərdən təklif alanda ölkəmiz və futbolumuz haqda kifayət qədər bilgiyə sahib deyilmiş

Lakin Şkuletiçlə danışandan və internet qaynaqlarından bir çox məlumatları əldə edəndən sonra dərhal Azərbaycana yollanmağı qərara alıb:

“Desəm ki, çox şey bilirdim, yalan olar. Ona görə də Petarla danışmaq yerinə düşdü.

Mənə Azərbaycan çempionatının səviyyəsinin kifayət qədər yaxşı olduğunu, stadionların və infrastrukturun əla olduğunu bildirdi. Eşitdiklərimdən sonra əlavə nəsə haqda düşünməyə gərək qalmadı.

Bakıya gəldim və artıq xeyli müddətdir buradayam. Açığı, peşman deyiləm. Əksinə, burada olmaq mənə xoşdur”.

Təcrübəli yarımmüdafiəçi cari Premyer Liqa mövsümündə meydana çıxdığı 12 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti