Rəşad Sadıqova bu qışda neçə yeni transfer lazımdır?

14 Dekabr 2022 16:00 Zirə 505
Rəşad Sadıqova bu qışda neçə yeni transfer lazımdır?

«Zirə» gələn ay hücumçu gətirəcək. Heç olmasa, yeni birini burada görəcəyik

. Rəşad Sadıqov tapsa, daha birini alacaq.

Yeni transfer zəruridirmi? Özü də necə!

Günün tələbi budur: əgər «Zirə» ayağı Azərbaycana dəyməyən legionerləri qarşıdakı 20-30 gün ərzində burayla tanış eləməsə, Premyer Liqada dördüncü pilləni əldə saxlamaqları müşkülə dönəcək.

Sezonun ikinci yarısının daha gərgin və səs-küylü keçəcəyi şübhəsizdir. Sürprizlərlə dolu yeni il bizi gözləyir. Ehtiyatı tutmaq, buna hazır olmaq lazımdır.

«Zirə» Şamaxıda 2 xal qoyub qayıtdı. Son həftələrdəki uğurlu oyunların arxasını gətirməyə yaxın idilər.

«Şamaxı»nı müdafiəyə çəkilməyə məcbur etdilər, fərqli hücum həmlələri ilə arxa xəttin sayıqlığını yoxladılar, qolun «ip»ini çəkdilər.

Vuran olmadı, sadəcə. Hamidu Keytanı hücumun mərkəzinə çəkməyən, fransızın bu mövqedə səmərəli olacağını düşünməyən Rəşad Sadıqovu Coşqun Diniyev, Rəhim Sadıxov və Loris Bronyo sevindirə bilərdi, top qapını tapmadı.

«İkinci eşalon»a aid komandaları məğlub etməyin çarəsi erkən qoldur. Uzağı, ilk 60 dəqiqə ərzində hesabda önə çıxdınsa, çıxdın.

O qol gəlməyəndən sonra iş ikiqat çətinləşir. Rəqibin dirənişi artır, sənin də həyacanın.

«Zirə» Şamaxıda sstresi vaxtında ata bilməməyin cəfasını çəkdi.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!