"Zirə"də ikisi dəqiqləşdi, qaldı biri

13 Dekabr 2022 14:40 Zirə 331
"Zirə"də ikisi dəqiqləşdi, qaldı biri

Qış təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq "Zirə" üç yoxlama matçına çıxacaq.

Sportinfo.az xəbər verir ki, qəsəbə təmsilçisinin artıq iki rəqibinin adı bəlli olub.

Belə ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv yanvarın 17-də səhər saatlarında Macarıstanın “Zeqed” komandası ilə qarşılaşacaq.

Axşam isə təmsilçimiz Serbiyanın “Radniçki” klubunun önünə çıxacaq.

Yanvarın 10-na planlaşdırılan yoxlama görüşü üçün isə hələ ki, rəqibin adı dəqiqləşdirilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"