"Zirə"də qalmağa razılıq verdim, Rəşad Sadıqov əla məşqçidir"

8 Dekabr 2022 13:40 Zirə 895
"Zirə"də qalmağa razılıq verdim, Rəşad Sadıqov əla məşqçidir"

"Məqsədimiz avrokuboklara getməkdir və uğur qazanacağımıza əminəm".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Zirə"nin yunanıstanlı legioneri Dmitrios Çantakiasa məxsusdur.

Ölkəsinin mətbuatına danışan müdafiəçi Bakı klubuna keçidindən bəhs edib:

"Panetolikos"dan sonra Bolqarıstanda oynadım. Ardınca isə Azərbaycandan təklif aldım. Açığı, əvvəlcə hara getdiyimi bilmirdim.

Amma məni çox yaxşı qarşıladılar. Burada hər şey məni qane edir. Ötən yay müqaviləm başa çatmalı idi.

Konfrans Liqasında "Makkabi" (Təl-Əviv) ilə matçdan sonra yeni sözləşmə təklif etdilər.

Mənimlə maraqlanan başqa komandalar olsa da, düşünmədən "Zirə"də qalmağa razılıq verdim. Əla baş məşqçimiz var və əminəm ki, gördüyümüz işlərlə çox yaxşı yerlərə gələcəyik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti