Ukraynadakı dostları millimizin hücumçusundan nə soruşub?

7 Dekabr 2022 21:20 Zirə 853
Ukraynadakı dostları millimizin hücumçusundan nə soruşub?

“Ukraynadakı dostlarımla danışıram”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin hücumçusu Rüstəm Əhmədzadə deyib.

22 yaşlı forvard bu mövsümdən qəsəbə təmsilçisinin şərəfini qoruyur. “Qartallar” onu “Qarabağ”dan 1 illik icarəyə götürüb.

Azərbaycan millisinin üzvü 2021-ci ilin dekabrında "Qarabağ"la müqavilə imzalayıb. Əhmədzadənin sözləşməsi 2026-cı il iyunun 30-dək nəzərdə tutulub.

“Köhlən atlar”ın 200 min avro qarşılığında “Minay”dan transfer etdiyi gənc Ukraynada gedən müharibənin gedişatını yaxından izlədiyini bildirib:

“Oradakı dostlarım bəzən halımı soruşurlar. Bakıda özümü necə hiss etməyimlə maraqlanırlar.

Amma bu dəqiqə onların fikri müharibədədir. Ukraynanın qələbə qazanacağı günü gözləyirlər.

Bütün doğmalarım, qohumlarım, dostlarım, tanışlarım Ukraynadadır. Mən orada böyümüşəm, hadisələrə kənardan baxmaq çox ağırdır.

Vəziyyət çox pis, qorxulu və təhlükəlidir. Bunun nə qədər davam edəcəyini bilmirik.

Təbii ki, həyəcan keçirirəm. Hər an hansısa yolla oradakı insanlara kömək etmək istəyirəm. İstənilən halda, vəziyyət çox çətindir”.

Rüstəm deyib ki, Ukraynada yaxınları və doğmalarının yanında olsaydı, döyüşmək zərurəti yaransaydı, vuruşardım

: “Öz ərazimizi, mənə yaxın olan insanları qorumaq üçün mümkün olan hər şeyi edərdim.

İndi mənim işim yalnız futbol oynamaq, formasını geyindiyim komandaya faydalı olmaqdır. Bu mövsüm “Zirə” ilə uğurlar qazanmaq arzumdue”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti