
Premyer Liqada 15-ci turun sensasiyası «Zirə»dən gəldi.
Qəsəbə təmsilçisi «Qarabağ»la dueldən 1 xalla ayrıldı.
Çempionatın lideri Suraxanıda keçirilən oyunda çoxc çalışsa da, «qartallar»ın qapısına yol tapa bilmədi.
Qeydə alınan nəticə «Zirə»liləri həm turnir cədvəli, həm də maddi cəhətdən razı salıb.
Klub rəhbərliyi bu münasibətlə futbolçuların əziyyətini qiymətləndirib. Əsas heyət üzvləri 1000 manat mükafat alıb.
SPORTİNFO.AZ