Azərbaycanda qapıçı topu öz qapısına vudu - FOTOREPORTAJ

5 Dekabr 2022 02:00 Zirə 736
Azərbaycanda qapıçı topu öz qapısına vudu - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son oyununda "Zirə" "Turan Tovuz"u qəbul edib.

Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

Hesabı 74-cü dəqiqədə "qartallar"dan Filipe Paxtman açıb. 84-cü dəqiqədə paytaxt təmsilçisi rəqibi ikinci dəfə məyus edib.

Qonaqların qapıçısı Kamal Bayramov topu öz qapısından keçirib. Son nöqtəni isə 86-cı dəqiqədə Tovuz klubundan Ayxan Hüseynov qoyub.

Bu qələbə ilə xallarını 26-ya çatdıran "qartallar" yenidən 4-cü pilləyə yüksəlib. 16 xalı olan "Turan Tovuz" isə 6-cı sırada qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi