“Məndə o qədər də problem olmur - Heç kim bunu gözləmirdi”

2 Dekabr 2022 21:00 Zirə 367
“Məndə o qədər də problem olmur - Heç kim bunu gözləmirdi”

“Oynamağa xeyli fasilə versəm də, yenidən formamı bərpa etmək mənə çətin olmayacaq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında gənclər yığmasının sabiq yarımmüdafiəçisi Pərviz Azadov deyib.

Qış transfer bazarlığına indidən başlayan “Zirə” yeni futbolçu ilə anlaşıb. "Qartallar" Pərviz Azadovu heyətinə qatıb.

22 yaşlı orta sahə iyunçusu ilə 2,5 +1 illik müqavilə imzalanıb. Əldə edilmiş razılığa görə, müqavilə 2023-cü ilin yanvar ayının 1-dən qüvvəyə minəcək.

Azadov daha əvvəl “Şamaxı”nın şərəfini qoruyub. Gənclər yığmasının sabiq üzvü ötən ay əyalət təmsilçisi ilə sözləşməsinə qarşılıqlı razılaşma əsasında xitam verib:

“Ötən mövsüm də zədədən qayıdıb, yaxşı mövsüm keçirmişdim. Onda da heç kim bunu gözləmirdi.

Məndə bu baxımdan o qədər də problem olmur. Zədədən sonra yenidən bərpa ola bilirəm”.

Digər Xəbərlər
Xəbər Lenti