Zubiri göstərdi, “mənə çətinlik yaratdı” söylədi - ETİRAF

1 Dekabr 2022 23:40 Zirə 431
Zubiri göstərdi, “mənə çətinlik yaratdı” söylədi - ETİRAF

“Zirə”nin legioneri Moiz Adileu Sportinfo.az-a maraqlı etiraf edib.

Benin millisinin də formasını geyinən mərkəz müdafiəçisi “Qarabağ”ın lideri Abdulla Zubirin adını çəkib.

Afrikalı arxa xətt oyunçusu Premyer Liqanın 15-ci turunda qarşılaşdıqları “köhlən atlar”ın fransalı yarımmüdafiəçisinin meydanda ona çətin anlar yaşatdığını bildirib:

"Qarabağ"la oyunda qarşısını almaqda ən çox çətinlik çəkdiyim oyunçu Abdullah Zubir idi. Bu baxımdan kapitanımızı təbrik etmək istəyirəm.

Qismət Alıyev Zubirə qarşı çox yaxşı oyun keçirdi. Zubirin əla texnikası var, topu ayağında tez-tez dəyişir. Nə edəcəyini əvvəlcədən hiss etdirmir.

Azərbaycan çempionatında yaxşı futbolçular çoxdur. Zubir isə bir çoxundan seçilir”.

Digər Xəbərlər
Xəbər Lenti