“Rəşad Sadıqov yayda kluba ayrılan transfer büdcəsinə qənaət edib”

1 Dekabr 2022 15:00 Zirə 609
“Rəşad Sadıqov yayda kluba ayrılan transfer büdcəsinə qənaət edib”

“Zirə” bu qış heyətini mütləq gücləndirməlidir”.

Bu sözlər Sportinfo.az saytının təsisçisi İlkin Vaqifoğluna məxsusdur.

O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində “Zirə”dən söz açlb, qəsəbə təmsilçisinin transfer çalışmalarını sürətləndirməli olduğunu bildirib:

“Heç olmasa, 4-5 yeni futbolçu almalıdırlar. Hamı deyir ki, “Zirə” avrokuboklara vəsiqə qazanmalıdır.

Amma heş kim demir ki, komandanın heyəti zəifdir. Yaxşı futbolçuları azdır. “Zİrə”də olan futbolçuların hamısı sabah transferə çıxarılsa, onların iki-üç nəfərinə maraq göstərən olar, ya olmaz.

Mənə elə gəlir ki, Rəşad Sadıqov yayda kluba ayrılan transfer büdcəsinə qənaət edib və indi həmin vəsaitlə yeni oyunçuların alınmasını gözləməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti