Paytaxt klubu yenə braziliyalısından ayrı düşdü

26 Noyabr 2022 17:00 Zirə 482
Paytaxt klubu yenə braziliyalısından ayrı düşdü

“Zirə”nin braziliyalı üzvü Filip Paxtman yenidən zədələnib.

Onun Premyer Liqanın son turunda “Səbail” (1:0) və ölkə kubokunda “Mingəçevir”lə matçda heyətdə yer almaması da bununla bağlıdır.

Hazırda komandanın hazırlığından kənarda qalan legioner forvard qarşıdakı tur “Qarabağ”la vacib matçı da buraxacaq.

22 yaşlı oyunçu mövsümün əvvəli uzunmüddətli zədədən geri qayıtmışdı.

Zədə səbəbindən ilk bir ilini demək olar ki, komandasına kömək edə bilməyən 22 yaşlı gəlmə futbolçu yeni-yeni bərpa olub, özünə gəlirdi. Amma zədə yenidən onu tapdı.

O, bu mövsüm 7 oyunda meydana çıxıb və 1 asistlə yadda qalıb.

Paxtmanın komandanın kollektiv məşqlərinə nə vaxt qoşulacağı isə qeyri-müəyyən olaraq qalır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti