Çətinliyi dəf etdilər, "Neftçi"yə rəqib oldular və qazandılar

25 Noyabr 2022 16:00 Zirə 644
Çətinliyi dəf etdilər, "Neftçi"yə rəqib oldular və qazandılar

Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanan daha bir komanda bəlli olub.

"Zirə" növbəti raunda yüksəlib.

Qəsəbə təmsilçisi 1/8 finalda "Mingəçevir"i məğlub edib - 2:0. Yaşar Məmmədzadə adına stadionda keçirlən qarşılaşmada qolları 30-cu dəqiqədə Dmitrios Çantakias, 60-cı dəqiqədə Rüstəm Əhmədzadə vurub.

1/4 finalda "Neftçi" ilə üz-üzə gələcək "qartallar" bu münasibətlə rəhbərlik tərəfindən mükafatlandırılıb. Əsas heyət üzvlərinin hər birinin payına düşən məbləğ 1000 manat olub.

Stadionun meydançasının bərbad vəziyyətdə olmasını, komandanın çətin şərtlər altında mərhələ adlamasını nəzərə alan yönətim oyunçuların əməyini bu cür yüksək qiymətləndirməyi lazım bilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti