Rəşad Sadıqov bu barədə nə düşünür? - VİDEO

25 Noyabr 2022 00:40 Zirə 438
Rəşad Sadıqov bu barədə nə düşünür? - VİDEO

“Komandamız önəmli qələbə qazandı”.

Sportinfo.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun 1/8 final mərhələsində “Mingəçevir”i 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

40 yaşlı mütəxəssis qarşılaşmanın ardından oyunçuları barədə müsbət fikirlər səsləndirib:

“Çox vacib qələbə idi. Nəzərə alaq ki, 1/8 final mərhələsi bir oyundan ibarətdir. Bu amil üzərimizdəki təzyiqi daha çox artırırdı.

Futbolçularıma təşəkkür edirəm. Bu şəraiti nəzərə alaraq, çox intizamlı, peşəkar şəkildə oynadılar”.

“Zirə” ölkə kubokunun 1/4 final mərhələsində “Neftçi” ilə qarşılaşacaq. Bu mərhələnin ilk görüşləri dekabrın 8-9-da, cavab matçları 19-20-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti