Bölgədə “Zirə”nin adını eşidincə... “İllərdir həsrətini çəkirdik”

22 Noyabr 2022 22:20 Zirə 625
Bölgədə “Zirə”nin adını eşidincə... “İllərdir həsrətini çəkirdik”

“Oyuna kifayət qədər marağın olduğunu deməliyəm.

Rəqib Premyer Liqa təmsilçisi, yayda ölkəmizi Avropa Konfrans Liqasında təmsil edən “Zirə”dir.

Üstəlik, komandanın baş məşqçisi ölkədə kifayət qədər tanınan və sevilən Rəşad Sadıqovdur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan kubokunun 1/8 final mərhələsində “Zirə”ni qəbul edəcək “Mingəçevir”in bir nömrəli azarkeş qrupu “Zona 45”in üzvü Elnur Qasımov deyib.

Stajlı fanatın fikrincə, Premyer Liqa komandasının “işıqçılar şəhəri”nə səfəri bayram sayılmalıdır. Azarkeşlərin qarşılaşmaya marağı böyük olsa da, matçın keçirilmə tarixi və başlama saatı ürəkaçan deyil:

“Mingəçevir şəhər stadionunun uzun illərdən sonra yenidən kubok qarşılaşmasını qəbul etməsi əlamətdar hadisədir.

Azarkeşlər bu günü çox gözləyirdi, illərdir həsrətini çəkirdik. Üstəlik, Premyer Liqanın iddialı komandalardan biri gəlir. “Mingəçevir”in layiqli rəqabət aparıb mərhələ adlamasını arzulayırıq.

Bildiyiniz kimi, Mingəçevir idman şəhəridir. Burada hər kəs idmanı sevir, uşaq, gənc, ağsaqqal, bir sözlə hamı.

Birinci Divizion oyunlarında ən çox tamaşaçı “Mingəçevir”in ev matçında olur. “Zirə” ilə qarşılaşma şənbə, yaxud bazar keçirilsəydi, sizi inandırım, 6-7 min adam gələrdi.

Təəssüf ki, həftəiçidir, üstəlik, başlama saatı da iş və dərs saatına təsadüf edir.

Stadionumuz 5200 azarkeş tutumuna sahibdir. Ümid edirəm ki, oyunun başlama saatında 3-4 min azarkeş olacaq”.

Noyabrın 23-də keçiriləcək “Zirə” – “Mingəçevir” oyunu 14:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti