"Zirə" problemi gündəmə gətirdi, PFL qulaqardına vurdu

18 Noyabr 2022 10:40 Zirə 604
"Zirə" problemi gündəmə gətirdi, PFL qulaqardına vurdu

Noyabrın 22-də Azərbaycan kubokunda yeni mövsüm start götürəcək.

Yarış 1/8 final mərhələsindən başlaycaq.

«Zirə» ikinci oyun günündə Mingəçevirdə eyniadlı komandanın qonağı olacaq.

Qəsəbə təmsilçisi I Divizionun debütantı ilə qarşılaşmanın yerinin dəyişdirilməsi xahişi ilə Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə bildirib. Onun sözlərinə görə, Yaşar Məmmədzadənin adını daşıyan stadionun qazonu bərbad haldadır:

«Əməkdaşlarımız oyunla bağlı təşkilati məsələləri həll etmək üçün Mingəçevirdə olub. Həmin vaxt stadionun ot örtüyünün vəziyyətinin qənaətbəxş olmadığını gördük.

Bununla bağlı Peşəkar Futbol Liqasına müraciət etdik və oyunun başqa stadionda keçirilməsini istədiyimizi çatdırdıq. Amma PFL artıq oyunun Mingəçevirə təyin olunduğunu və stadionun dəyişməyəcəyini bildirdi.

Halbuki qazon pis vəziyyətdədir və futbolçuların zədə almaq ehtimalı çox yüksəkdir. Bizi narahat edən problem budur».

Digər Xəbərlər
Xəbər Lenti