“Onlar pley-offa çıxsa, məni təəccübləndirməyəcək”

18 Noyabr 2022 02:00 Zirə 538
“Onlar pley-offa çıxsa, məni təəccübləndirməyəcək”

“Dünya çempionatında həm Mərakeşi, həm də Niderlandı dəstəkləyəcəyəm”.

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında “Zirə”nin futbolçusu Məhəmməd Hamdui Qətərdə keçiriləcək dünya çempionatı haqqında fikirlərini bölüşərkən deyib.

Mərakeş əsilli niderlandlı yarımmüdafiəçi hər iki ölkənin şansları haqqında danışıb:

“Düşünürəm ki, Niderland Mərakeşdən daha asan qrupda mübarizə aparacaq. Ona görə də onlar pley-off mərhələsinə çıxsa, məni təəccübləndirməyəcək”.

Hamdui istənilən halda mübarizənin çətin keçəcəyini qeyd edib:

“Ümid edirəm ki, Niderland ən azı 1/4 finala qədər gedər, amma bu, asan olmayacaq”.

Mundialdakı favoritləri haqqında da danışan futbolçu həmişə eyni komandaların çempionluq uğrunda yarışdığını bildirib:

“Ənənəvi böyük komandalar, məncə, həmişə qızıl medal üçün mübarizə aparırlar. Bunlar Braziliya, Fransa və Argentinadır”.

Digər Xəbərlər
Xəbər Lenti