Ayağını yorğanına görə uzadan Rəşad Sadıqov – İddia başqa, reallıq başqa

13 Noyabr 2022 17:40 Zirə 523
Ayağını yorğanına görə uzadan Rəşad Sadıqov – İddia başqa, reallıq başqa

Ötən tur son dəqiqə qoluyla Qəbələ səfərindən məğlub dönən «Zirə» növbəti hesabat həftəsində 3 xal qazandı.

«Səbail»i doğma məkanda qəbul edən qəsəbə komandası ilk dövrəki kimi, yenə qazanan tərəf oldu.

Rəhim Sadıxovun son bölümdə vurduğu yeganə qol «Zirə»ni turnir cədvəlində yenidən 4-cü pilləyə qaytardı.

Yəni, Rəşad Sadıqovun hədəf aldığı yerə.

«Zirə»ni çalışdıran şəxs media mənsubları ilə açıq söhbət elədi, bir çoxlarından fərqli olaraq onları aldatmadı.

Üzbəsurət bəyan etdi ki, builki məqsəd Premyer Liqanı məhz 4-cü pillədə başa vurmaqdır. O, ayağını yorğanına görə uzadır gerçəkdən.

da, «Zirə»nin hazırkı heyəti və maliyyə potensialı ilk 3 yerdən biri üçün vuruşmağa imkan vermir. Çempionluq heç, aydın məsələdir. Gümüş və bürünc medallar uğrunda mübarizədə «Sabah» və «Neftçi» favoritdir.

Bəzən söz düşür, iddia edənlər olur ki, «Zirə» normal futbolçulara malikdir. Bu fikir mənə çatmır da.

Bir əlin barmaqlarının sayı qədər normal oyunçu olsaydı, Rəşad Sadıqov bəribaşdan belə açıq fikir söyləməzdi.

O, xidmətindən yararlandığı yerlilərin hamısını transferə çıxarsa, 2-3 nəfər müştəri tapılar, digərləri butsılarını mıxdan asar.

Təmkin Xəlilzadə ilə İlkin Muradov 2 ay müddətinə əsas komadadan kənarlaşdırıldı, birinə elçi düşən olmadı.

Guya, Coşqun Diniyev, Slavik Alxasov, Hacıağa Hacılı və başqalarından ötrü o biri klubların gözü atır?

Yaxud legionerlərin böyük qismi. Onlar böyük işlər üçün deyillər.

«Zirə» bu gün sırf məşqçi işinin nəticəsində turnir cədvəlinin aşağı sıralarına enməyib.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"