Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, "Zirə" öz meydanında "Səbail"i qəbul edib. Görüşün taleyini 1 qol həll edib.
73-cü dəqiqədə Rəhim Sadəxovun vurduğu qol "qartallar"a qələbə qazandırıb.
Rəşad Sadıqovun baş məşqçi olduğu komanda bu nəticədən sonra xallarını 22-yə çatdıraraq, 4-cü pilləyə yüksəlib. 10 xalı olan "Səbail" isə 7-ci sırada qalıb.

