Premyer Liqa klubunda problem: “Bir saat sonra ayağı şişməyə başladı” - VİDEO

13 Noyabr 2022 00:50 Zirə 707
Premyer Liqa klubunda problem: “Bir saat sonra ayağı şişməyə başladı” - VİDEO

“Çox vacib qələbə qazandıq.

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə iki gün dincəlib qarşıdakı matçlara hazırlaşacağıq”.

Sportinfo.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının XIV turunda “Səbail”i 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

40 yaşlı mütəxəssis qarşılaşmanın ardından təşkil edilən mətbuat konfransında oyunun iştirak ərizəsinə salınmayan Rüstəm Əhmədzadə və Filipe Paxtmanın durumuna aydınlıq gətirib:

“Rüstəm Əhmədzadəni heç nədən itirdik, dörd gündür qızdırmanın içindədir.

Filipe Paxtman da ötən turda “Qəbələ” ilə görüşdə sağlam idi, bir saat sonra ayağı şişməyə başladı. Paxtman bir həftədir məşq eləmir”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada