Bunun adı QİSMƏT…

6 Noyabr 2022 16:40 Zirə 659
Bunun adı QİSMƏT…

Qəbələdə ədalətli nəticə 1 xal olardı.

Həm «Qəbələ», həm də «Zirə» məhz heç-heçəyə layiq idi.

90 dəqiqə zövq verməyən bir oyun izlədik. Adda-budda bəzi təhlükəli epizodlar yarandı, vəssalam.

AFFA-nın azarkeş qadağası üzündən dəstəksiz qalan «Qəbələ» oyunu mərkəzi zonadan çıxarıb meydanın rəqibə aid olan hissəsinə keçirməyə iki-üç kərə cəhd etdi.

«Zirə»yə gəlincə, qonaqlar pressinq hesabına gedişatı öz əlində tutmağa cəhd göstərdi. Ancaq tərəflərin heç bir fikrini reallaşdırmağa sonacan getmədi.

Futbol adına nə gördüksə, son 4 dəqiqədə gördük.

Öncə Ülvi İsgəndərovun mərkəzdən vurduğu qol, ardınca Hacıağa Hacılının 1 metrdən başla topu boş qapıdan keçirə bilməməsi…

Sözün bütün mənalarında inanılmaz bir sonluq! Rəşad Sadıqov demiş, bu, qismət məsələsidir.

Nədirsə, odur. Və ondan qaçmaq qeyri-mümkündür.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti