Diniyevlə bağlı sərt qərara yenidən baxacaq - AFFA

27 Oktyabr 2022 01:10 Zirə 851
Diniyevlə bağlı sərt qərara yenidən baxacaq - AFFA

AFFA İntizam Komitəsi (İK) "Zirə"nin futbolçusu Coşqun Diniyevin məsələsinə yenidən baxacaq.

Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi səfərdə "Sabah"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının X tur matçının 84-cü dəqiqəsində qırmızı vərəqə alaraq meydanı tərk etdikdən sonra stadionun giriş qapısının şüşəsini sındırdığı üçün 1 oyun cəzalanıb, klub isə 2400 manat cərimə olunub.

Qərar yenidən baxılması üçün İK-ə göndərilib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM