Rəşad Sadıqov sözün düzünü dedi: “Məndən öncə “Zirə”yə qarşı belə səhvlər olmurdu” - VİDEO

25 Oktyabr 2022 16:20 Zirə 655
Rəşad Sadıqov sözün düzünü dedi: “Məndən öncə “Zirə”yə qarşı belə səhvlər olmurdu” - VİDEO

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “CBC Sport” kanalında yayımlanan “Bizim futbol” verilişinin qonağı olub.

Sportinfo.az xəbər verir ki, gənc çalışdırıcı Azərbaycan Premyer Liqasında komandasına qarşı olan hakim səhvlərindən danışıb.

R.Sadıqov hakimlərin yanlış qərarlarının təkcə səhv olmadığını bildirib:

“Bir məşqçi daim, silsilə şəkildə etiraz edirsə, bu başqa şeydir. Çalışıram həmişə ədalətli olum. Etirazlarım bu mövsümlə və ya VAR-la bağlı deyil.

Ötən il Təmkin Xəlilzadə “Qarabağ”a oyun vəziyyətindən qol vursa da, hakim ofsayd qərarı vermişdi.

Onu başa düşürəm, çünki hər şey ani oldu. Orda hakimin səhv etməsi normaldır. Amma elə epizodlar var ki, ona etiraz etməmək alınmır.

Mən demirəm ki, bu qrup şəklində mənə qarşı qərəzdir, amma məndən öncə “Zirə”yə qarşı bu qədər səhv olmurdu.

Ona görə də hakimlərin bu qərarların özümlə bağlayıram. Mən məşqçilər üçün çəkilmiş xətti 1 metr keçsəm, hakim gəlir tez xəbərdarlıq edir. Bir etirazdan sonra sarı vərəqə verirlər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti