“Qarabağ”ı əldə etdiyi uğurlar münasibəti ilə tərik edirəm.
Bizə möhtəşəm mövsüm yaşadırlar. Həm oyun, həm də nəticə baxımından.
Komandanın sərgilədiyi oyundan qürur hissi keçiririk. Məncə, “Qarabağ” hazırda ən möhtəşəm mövsümünü keçirir”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.
CBC Sport-da yayımlanan “Bizim futbol” verilişində qonaq olan mütəxəssis futbolçu kimi karyerasını başa vurduğu “Qarabağ”ın cari mövsüm avrokuboklardakı çıxışı barədə danışıb.
Sadıqov qeyd edib ki, “Qarabağ”ın Avroliqanın qrup mərhələsindəki çıxışı yaxşı mənada təəccüb doğurub:“Pley-off mərhələsində hər dəfə püşkatmada “Qarabağ”a bir-birindən güclü rəqiblər düşürdü.
Bununla belə, komanda Avroliqada qrupa düşdü. Qrup mərhələsinin püşkatmasından sonra çoxları “Qarabağ”ın işinin çətin olacağını düşünürdü.
Amma sona 2 tur qalmış komanda artıq ən pis halda üçüncü yeri təmin edib. “Nant”la matç “Qarabağ”ın bu mövsüm ən ağır oyunu olacaq. Rəqibin də son şansıdı”.

