Divizionda texniki məğlubiyyət və gecikmə cəriməsi

25 Oktyabr 2022 02:00 Zirə 726
Divizionda texniki məğlubiyyət və gecikmə cəriməsi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Azərbaycan Birinci dvizionunun 8-ci turundakı qayda pozuntuları ilə balı qərarlar verilib.

Daha əvvəl xəbər verdiyimiz kimi, "Zirə-2" - "Mingeçevir" matçında meydan sahibləri 5 yox, 6 əvəzetmədən istifadə edib.

"Zirə-2" üç əvəzetməni 45+2, digər üçünü isə 46, 70 və 80-ci dəqiqələrdə həyata keçirib.

İntizam Komitəsi bu hadisəyə görə "Zirə-2"yə texniki məğlubiyyət verib. Həmçinin klub 400 manat məbləğində cərimələnib.

Oyunöncəsi iclasda stadion xidmətinin nümayəndəsi iştirak etmədiyi üçün “Zirə” əlavə 80 manat ödəcəyək. Həmin iclasa nəzarət buraxılış xidməti nümayəndəsi gecikdiyi üçün isə "qartallar" 40 manat ziyana düşüb.

Digər Xəbərlər
Xəbər Lenti