Rəşad Sadıqov çox gözəl anlayır ki…

24 Oktyabr 2022 17:40 Zirə 1 137
Rəşad Sadıqov çox gözəl anlayır ki…

«Zirə»nin iki futbolçusundan gözləntilərim var.

Biri Rüstəm Əhmədzadədir, biri də Filipe Paxtman.

Rəşad Sadıqov axır turlarda bu ikilidən daha çox istifadə edir. Deyəsən, qarşıdakı həftələrdə onları əsas heyətdə görəcəyik.

Maraqlı tandem olardı. Yavaş-yavaş formaya düşürlər.

Bir ildən artıqdır zədədən əziyyət çəkən Paxtman kreativ hücumçudur. Texnikası və yer seçimi əladır.

Əhmədzadə isə özünü göstərmək üçün alışıb-yanır və ən əsası, tədricən «Zirə»nin ab-havasına və stilinə uyğunlaşmağa başlayıb.

«Sumqayıt» üzərində qələbədə Paxtmanın da, Əhmədzadənin də rolu oldu. Braziliyalı penalti qazandı, Rüstəm isə məhsuldar ötürmə verdi.

Rəşad Sadıqov əla rəqabət mühiti yaradıb. Kim hazırdırsa, ona da formanı geyindirir.

Misalçın, Təmkin Xəlilazadə. İki aydan artıq müddətdə əsas komandadan uzaq qalan Təmkin səhvlərini başa düşmüş kimi təsir bağışlayır.

Vallah, Rəşad Sadıqovun yerində başqası olsaydı, bunca qəbahətə yol vermiş Təmkini əfv etməzdi. Böyük ürək sahibidir.

O. çox gözəl anlayır ki, nə boyda riskə gedir. Bununla belə, Təmkinə növbəti dəfə şans tanıyır ki, onu dartıb quyudan çıxarsın.

İlkin Muradovun düşdüyü durum və cəza almasının səbəbi başqadır. Əsas heyətə düşmək üçün adını çəkdiyim yarımmüdafiəçi hələ üzərində çox işləməli və əsəblərinə hakim olmalıdır.

Komanda yoldaşlarına aqressiv yanaşır, bəzən özündən çıxır.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti