Azərbaycanlı futbolçu ona qərəzli yanaşan baş hakimə “ürəyini boşaltdı” - VİDEO

19 Oktyabr 2022 23:00 Zirə 1 417
Azərbaycanlı futbolçu ona qərəzli yanaşan baş hakimə “ürəyini boşaltdı” - VİDEO

"Zirə"nin yarımmüdafiəçisi Coşqun Diniyev baş hakim Elçin Məsiyevə sərt etiraz edib.

Buna səbəb Premyer Liqanın 9-cu turunun "Sabah" - "Zirə" görüşünü (1:0) idarə edən referinin 84-cü dəqiqədə onu yersiz qırmızı vərəqə göstərməsidir.

Coşqun özünə qarşı edilən qayda pozuntusuna görə hakimə narazılığını normal şəkildə bildirdiyi halda, ikinci sarı vərəqənı qarşısında görüb və vaxtından əvvəl meydandan kənarlaşdırılıb.

Hakimin üzərinə gedən futbolçunu yalnız komanda yoldaşlarının müdaxiləsindən sonra kənara çəkmək mümkün olub.

Lakin o, paltardəyişmə otağına yollanarkən yolüstü baş hakimi xoşagəlməz sözlərə "qonaq" edərək, “ürəyini boşaldıb”.

XANOĞLAN / SPORTİNFO.AZ

VİDEONU BU LƏNKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti