Rəşad Sadıqov Masazırda kimə və niyə əsəbiləşdi? - VİDEO

16 Oktyabr 2022 20:00 Zirə 1 039
Rəşad Sadıqov Masazırda kimə və niyə əsəbiləşdi? - VİDEO

"Zirə" Premyer Liqanın ikinci dövrəsinə məğlubiyyətlə start verdi.

Komanda səfərdə "Sabah"a məğlub oldu - 0:1.

Matçın sonları kifayət qədər gərgin alındı. Hesabı bərabərləşdirmək üçün irəli atılan qonaqlara növbəti zərbə hakimdən gəldi.

Belə ki, 84-cü dəqiqədə Coşqun Diniyev ona qarşı edilən cərimə zərbəsinə görə etiraz edincə, qarşısında ikinci sarı vərəqədən sonra qırmızı görümüş oldu.

Həqiqətən də Elçin Məsiyevin qərarı hamı üçün anlaşılmaz olaraq qaldı. Hər halda belə etirazlar demək olar hər oyunda yaşanır. Məsiyevin məntiqi ilə hakimlər gərək hər oyun bir neçə qırmızı vərəqədən istifadə etsin.

Qərərdan narazı qalan baş məşqçi Rəşad Sadıqov matç başa çatan kimi birbaşa yollanıb hakimlərin yanına.

Qarşılaşmadan sonrakı mətbuat konfransında mütəxəssis hakimlərlə nə danışması barədə bunları deyib: "- Sizə Azərbaycan futbolundan 1 saatlıq video göstərərəm ki, ilk “sarı”sı olan futbolçu etiraza görə qırmızı almır.

Baş hakim Elçin Məsiyevə sual verdim ki, neçə belə ikinci sarı vərəqə vermisən? Fikirləşdi və cavab vermədi.

Kritik məqamda azlıqda qalmaq komandanı oyundan qoparır. Belə soyuqqanlı qərarlar “Zirə”yə qarşı olur. Nə isə... Hakimlikdən çox danışmaq istəmirəm".

Sadıqovun əsəbi halda "fit sahibləri" ilə arasında yaşanan dialoqun görüntülərini sizə təqdim edirik:

XANOĞLAN / SPORTİNFO.AZ

VİDEONU BU LƏNKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti