"Zirə" bu gün daha bir legionerlə müqavilə imzalayıb.
Klubun mətbuat xidməti Sportinfo.az-ın daha öncə yaydığı məlumatı ictimaiyyətə rəsmən duyurub.
Qəsəbə təmsilçisi İssa İbrahim Cibrila ilə anlaşıb. Nigerli ilə 2,5 illik müqavilə imzalanıb.
Anlaşma 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minəcək.
Niger millisinin 27 yaşlı yarımmüdafiəçisinin son klubu "Ankara Keçiörəngücü" olub. Sentyabrdan azad agent statusu daşıyan afrikalı ötən mövsüm Türkiyə I Liqasında 21 oyunda 4 qol, 1 assistlə yadda qalıb.
İssanın "Ankara Keçiörəngücü"dən ayrılmasının səbəbi klub funksionerləri ilə arasında yaranan problemdir. Belə ki. qarşı tərəf onun qarşısında götürdüyü maliyyə öhdəliklərini tam yerinə yetirməyib.
Paytaxt təmsilçisi nigerin bir neçə aylıq məvacibini ödəmədiyindən, o, digər legionerlərlə bərabər, FİFA-ya şikayət ərizəsi göndərib.

