"Zirə" Diniyevi Premyer Liqada 200-ə çatdırdı

9 Oktyabr 2022 00:50 Zirə 520
"Zirə" Diniyevi Premyer Liqada 200-ə çatdırdı

"Zirə"nin futbolçusu Coşqun Diniyev Premyer Liqada 200-cü oyununu keçirib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onun yubileyi IX tura təsadüf edib.

“Zirə” – “Şamaxı” matçına start heyətində çıxan 27 yaşlı yarımmüdafiəçi bu qarşılaşmayadək 199 görüşdə forma geyinib. O, Premyer Liqadakı 200 matçda 9 qol vurub.

Coşqun bu oyunlardan 34-nü “Zirə”də keçirib. Yarımmüdafiəçi klubumuzda 3 qola imza atıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti