"Qarabağ" hücum etməyi sevir, müdafiə olunmağı xoşlamır”

6 Oktyabr 2022 17:40 Zirə 679
"Qarabağ" hücum etməyi sevir, müdafiə olunmağı xoşlamır”

"Olimpiakos" favoritdir, amma "Qarabağ" öz oyun üslubunu tətbiq etsə, rəqibə problem yaşadacaq".

Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin legioneri Dmitrios Çantakias Yunanıstanda "Olimpiakos" və "Qarabağ" arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin III tur oyunu barədə danışarkən deyib.

27 yaşlı müdafiəçi bildirib ki, Ağdam təmsilçisi özünü sübut etmiş böyük komandadır:

"Qarabağ" topa sahib olmağı və hücum etməyi sevir. Müdafiə olunmağı isə xoşlamır. Ötən tur "Nant"a qarşı əla oynadılar və qələbə qazandılar.

Yaxşı baş məşqçilər var, son matçlarda gözəl nəticələr göstərirlər. Bu gün sürətli və yaxşı futbol oynamaq istəyən komanda görəcəyik".

Təcrübəli oyunçu "Qarabağ"ın heyətində Abdullah Zubiri xüsusi fərqləndirib:

"Ona qarşı daha diqqətli oynamaq lazımdır. Zubir indiyədək tanıdığım ən yaxşı oyunçulardan biridir.

Təcrübəmə əsasən deyə bilərəm ki, "Olimpiakos" dördlü müdafiə ilə oynayıb orta sahədə pressinqə üstünlük versə, daha yaxşı olar".

Bu gün "Georgios Karaiskakis" stadionunda oynanılacaq "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, Dmitrios Çantakias 2020-ci ildən "Zirə"də çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti