Rəşad Sadıqovun bağışladığı iki sima 2 ayda özünü necə aparıb?

5 Oktyabr 2022 17:00 Zirə 665
Rəşad Sadıqovun bağışladığı iki sima 2 ayda özünü necə aparıb?

"Zirə"in futbolçuları Təmkin Xəlilzadə və İlkin Muradov yenidən əsas komandaya qaytarılıb.

Bu barədə dünən klubun mətbuat xidməti məlumat yayıb.

Hər iki futbolçu da təxminən iki ay əvvəl əvəzeidici komandaya göndərilərək transferə çıxarılmışdı. Təbii ki, ciddi intizamsızlığa görə.

Paytaxt təmsilçisi arxada qalan müddətdə istədiyi təklifi almayınca, hər iki oyunçu da gününü Birinci Divizionda keçirməli oldu.

Qarşıdakı turdan Rəşad Sadıqovun sərəncamında olacaq oyunçuların “Zirə-2”dəki performanslarına diqqət etməyi məqsədə uyğun saydıq.

Görəsən, intizamsızlığa görə əsas komandadan qovulan futbolçular bəs özlərini ikinci komandada necə göstəriblər?

“Zirə-2” arxada qalan 5 turda 4 matç keçirib. Bu görüşlərdə 2 qələbə qazanan, 1 bərabərlik əldə edən “qartallar” bir oyunda da məğlubiyyətə üzülüblər. Turnir cədvəlində 9-cu pillədə qərarlaşan komanda bir tur məcburi istirahətdə olub.

İlkin Muradov həmin 4 oyunun hamısında 90 dəqiqə meydanda olub. O, bu oyunlarda bir qol və 1 sarı vərəqə ilə yadda qalıb.

3-cü turun “Turan Tovuz-2”yə qarşı matçında Muradov vurduğu əla qolla qələbədə pay sahibi olub – 2:1.

Orta sahə oyunçusu elə qərb təmsilçisi ilə qarşılaşmanın 46-cı dəqiqəsində qeyr-idman hərəkətinə yol verdiyi üçün sarı vərəqəyə layiq görülüb. İlkinin meydana çıxdığı qarşılaşmalarda kapitanlıq sarğısını taxdığını da bildirək.

Muradovdan fərqli olaraq Xəlilzadə 3 oyunda 90 dəq meydanda olubsa, 3-cü turun “Turan Tovuz”a qarşı görüşündə yalnız ikinci hissə meydanda olmaq şansı qazanıb.

Adında qol və ya asist olmayan futbolçu yalnız intizamsızlıq yadda qala bilib. Belə ki, İkinci turda “Sumqayıt-2”yə məğlubiyyət (0:1) qeydə alındığı oyunun 66-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə qarşısında sarı vərəqə görüb.

O, 4-cü turun “Qəbələ-2” ilə qarşılaşmasının 78-ci dəqiqəsində də sarı vərəqə almaqla yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"