Bu gün “Zirə”də yeni təyinat reallaşıb. Vüqar Məmmədlə ilyarımlıq müqavilə bağlanılıb.
Adıçəkilən məşqçi 2019/20 mövsümündə "Zirə"nin əsas komandasında çalışmışdı.
O, son olaraq "Səbail"də işləyib. 1 il ərzində Aftandil Hacıyevin yardımçısı postunu tutub və mayda buradan uzaqlaşıb.
Rəşad Sadıqovun yeni köməkçisi əsasən komandanın fiziki hazırlığına məsuliyyat daşıyacaq. V.Məmmədov 2 il öncə buradan ayrılmış Borçe Xristovun işini görəcək.
SPORTİNFO.AZ