"Zirə" millinin müdafiəçisini niyə saxlamaq istəmədi?

5 Avqust 2022 13:00 Zirə 1 481
"Zirə" millinin müdafiəçisini niyə saxlamaq istəmədi?

3 gün öncə xəbər verdiyimiz kimi, "Zirə"nin və Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov yeni mövsümə "Şamaxı"da başlayacaq.

Hazırda 19 yaşlı mərkəz müdafiəçinin keçidi ilə bağlı tərəflər arasında danışıqlar tamamlanmaq üzrədir.

Onun 1 il müddətinə icarəyə verilməsi nəzərdə tutulub.

"Zirə" dünən Benin millisinin üzvü Moiz Adileu ilə anlaşıb. 26 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb. Hüseynovun icarəyə verilməsi də bu transferdən əvvəl gündəmə gəlib.

Çünki "qartallar"ın məşqçi korpusu onun ümumi hazırlığından narazıdır. Belə olmasaydı, gənc arxa xətt oyunçusu Konfrans Liqasında "Makkabi" (Təl-Əviv) ilə keçirilən qarşılaşmalarda əsas heyətdə özünə yer edərdi.

Bu mövsümdən Premyer Liqada yaş limiti limiti götürülüb və qəsəbə təmsilçisi də taktiki planlarında dəyişiklik etməyi lazım bilib.

Daha "dördlü" müdafiədən yararlanmaq istəməyən zirəlilər Hüseynovu da daha çox oynaya bləcəyi komandaya göndərməyi qərara alıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti