"Birgə addımladığımız yolun sonuna çatdım" - "Zirə"nin yeni transferi

20 İyun 2022 11:20 Zirə 756
"Birgə addımladığımız yolun sonuna çatdım" - "Zirə"nin yeni transferi

Azərbaycan millisinin yarımmüdafiəçisi Rəhim Sadıqov "Sumqayıt"dan ayrılaraq, "Zirə"yə keçib.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı futbolçu instaqram hesabında "gənclik şəhəri" təmsilçisi ilə vidalaşıb.

O, şəxsi hesabında bunları yazıb: "Sumqayıt"la birgə addımladığımız yolun sonuna çatdım.

Rəhbərliyə, məşqçi heyətinə, tibbi personala, inzibati heyətə və bu 3 il ərzində işləmək imkanı qazandığım hər kəsə təşəkkürümü bildirirəm.

Qəbul etdiklərinə və dəstəklədiklərinə görə klubun azərkeşlərinə xüsusi minnətdarlığımı çatdırıram!".

Xəbər Lenti