
"Zirə"nin hücumçusu Ağabala Ramazanov Sportinfo.az-a açıqlama verib.
O, komandasının Türkiyədə keçən hazırlığından söz açıb: "Ümumi hazırlığımız plan üzrə davam edir. Hər şey qaydasında gedir.
Hamı can-başla məşqçimizin verdiyi tapşırıqları yerinə yetirir".
Mövsümün arxada qalan iki dövrəsindən sonra paytaxt klubu dördüncü pillədə qərarlaşıb. Ramazanov komandasının 14 turluq çıxışını dəyərləndirərkən daha yuxarı pillələrdə olmaq şanslarını dilə gətirib:
"Mövsümün ilk yarısındakı çıxışımızı normal dəyərləndirirəm. Zamanla 2,3 və 4-cü pillələrdə qərarlaşdığımız dövrlər oldu. Düzdü, daha da yaxşı ola bilərdi.
Amma bizi hələ qarşıda uzun marafon gözləyir, fasilə müddətində buraxdığımız səhvləri aradan qaldırmağa çalışacağıq. İnşallah yekunda avrokuboklara vəsiqə qazanan tərəf olarıq".