Ehtiramı özündən çıxaran Çantakias DANIŞDI

17 Oktyabr 2021 19:00 Zirə 690
Ehtiramı özündən çıxaran Çantakias DANIŞDI

Qəbələdə keçirilən "Qəbələ" - "Zirə" matçının son dəqiqələrində yaşananlar (1:1) geniş müzakirələrə səbəb oldu.

Hadisənin səbəbkarlarından biri - Ehtiram Şahverdiyev saytımıza açıqlamasında rəqib futbolçu Dimitrios Çantakiasın onun üzünə tüpürdüyü üçün qəzəbləndiyini və buna görə yunan rəqibini başla vurduğunu demişdi.

Olayın digər səbəbkarı olan Çantakiasın da fikirlərini öyrənməyi vacib bildik. "Zirə"nin "44"ü geniş açıqlama verməsə də, bunları söylədi: "Oyunda gərginlik var idi. Hər kəs futbol oynayanda nəzarəti itirə bilər. Hər şey yaxşıdır. Oyundan sonra öz aramızda danışdıq, anlaşılmazlıq aradan qalxdı. İndi hər şey qaydasındadır".

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!