"Zirə"li legioner "Neftçi"ni üstələməyin yollarını göstərdi: "DƏHŞƏT OLACAQ"

28 İyul 2021 13:40 Zirə 1 044
"Zirə"li legioner "Neftçi"ni üstələməyin yollarını göstərdi: "DƏHŞƏT OLACAQ"

"Təbii ki, "Olimpiakos" öz ritmini göstərəcək və müəyyən qədər favorit sayılır".

Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin legioneri Dimitios Çantakias "BN Sports" nəşrinə müsahibəsində deyib.

Yunanıstanlı mərkəz müdafiəçisi "Olimpiakos"un bu gün Bakıda "Neftçi" ilə keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü barədə də danışıb.

O bildirib ki, Yunanıstan təmsilçisi bir komanda kimi ölkənin sifətidir və Azərbaycan paytaxtına qapanmaq üçün gəlməyib:

"Neftçi"ni qiymətləndirməmək olmaz. Bu, 3 ildir formalaşmış kollektivdir. Onların "Olimpiakos"a zərər yetirəcək futbolçuları var.

Habelə, "Neftçi" üçün fanat amili də mövcuddur. Fikrimcə, mübariz oyunun şahidi olacağıq".

"Zirə"nin legioneri "Olimpiakos"a "Neftçi"ni üstələməyin yollarını da göstərib:

"Qalib gəlmək üçün bacarığının ən yaxşısını etməlisən. Top saxlamalı, "Neftçi"nin üstünlüyə yiyələnməsinə, qalib gələ biləcəyini və favorit olduğunu düşünməsinə imkan verməməlisən. Rəqib əla komandadır və biz dəhşətli oyun görəcəyik".

Xəbər Lenti