"Zirə"də 2-ci əməliyyat

2 İyun 2021 10:40 Zirə 992
"Zirə"də 2-ci əməliyyat

«Zirə» ilə birillik yeni müqavilə imzalayan Davit Volkov yenidən çiyin nahiyəsindən əməliyyat olunub.

Sportinfo.az-ın məlumatına görə, gürcüstanlı hücumçu bu məqsədlə Türkiyəyə yollanıb.

İstanbulda cərrah masasına qaldırılan legioner hələ bir müddət qonşu ölkədə qalacaq.

İlyarım öncə «Qəbələ»dən «Zirə»yə gələn Volkov 3 ay yaşıl sahələrdən uzaq qalacaq. Onun yaşıl sahələrə dönüşü sentyabrdan tez baş verməyəcək. Hər halda həkimlərin məsləhəti belədir.

Gürcü 3 ay öncə də zədələnmişdi. Onda da «Neftçi» ilə matçda çiyni çıxmış, nəticədə Türkiyədə əməliyyaata məruz qalmışdı. Bu dəfə isə «Səbail»lə görüşdə çiyni təkrar yerindən «oynayıb».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti