"Əziyyət çəkdim, gücün çoxu çəki atanda getdi" - Tahir Abdullayev

04:30 Digər növlər 988
"Əziyyət çəkdim, gücün çoxu çəki atanda getdi" - Tahir Abdullayev

UFC-də çıxış etmək Azərbaycan təmsilçisi Tahir Abdullayevin arzusu olub.

Sportinfo.az xəbər verir ki, bu barədə Mütləq Döyüş Çempionatında (UFC) növbəti qələbəsini qazanan MMA idmançısının özü onlayn mətbuat konfransında deyib.

29 yaşlı döyüşçü son qarşılaşması haqqında fikirlərini bölüşüb:

"Döyüşüm əla keçdi. Bütün planları yerinə yetirdik. Əsas qalib gəlmək idi. Görüşün ikinci raundda bitməsini istəyirik. UFC-də çıxış etmək hər zaman arzum idi. Son döyüşdəki çıxışımdan da razı qaldım".

T.Abdullayev qarşılaşmaya yaxşı hazırlaşdığını vurğulayıb:

"Bəzi təşkilatlardan dəvətlər olsa da, qatılmamışam. Bu dəfə çəki atmaq bir az çətin oldu, səhvlər etmişdik. Əziyyət çəkdim, gücün çoxu çəki atanda getdi".

O, qarşıdakı hədəflərindən də söz açıb:

"Növbəti rəqibləri biz seçmirik. Yalnız vaxtı müəyyənləşdirə bilərik. Qarşılaşmaya bir ay qalmış bu barədə məlumat verilir. Mart ayınadək bir döyüş də keçirmək niyyətindəyəm. "Top-15"də olan idmançılarla qarşılaşmaq istəyirəm".

İdmançı çəkini sala bilmədiyi üçün mükafatın 20 faizindən məhrum olduğunu söyləyib.

Tahir Abdullayev Qətərin paytaxtı Dohada keçirilən UFC turnirində avstraliyalı Ceyk Metyuzu üç raundun yekununda hakimlərin yekdil qərarı ilə məğlub edib.

O, UFC-də debütünü cari ilin iyununda Bakıda keçirilən turnirdə gerçəkləşdirib və braziliyalı Cefferson Nasimentoya qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Noyabr 18:10 Çək və bizə göndər!
25 Noyabr 09:00 "Neftçi"dən yeni satış