Çempionlar Liqasının sosial şəbəkə hesablarında bu gün Bakı Olimpiya Stadionunda keçirilən “Sabah” - “Barselona” oyunundan (1:4) öncə diqqətçəkən paylaşım edilib.
Sportinfo.az xəbər verir ki, paylaşılan fotoda Bakının simvollarından olan Alov qüllələri və Dənizkənarı Milli Park ərazisindəki attraksionlar əks olunub. Şəklin üzərində hər iki klubun loqosu da yerləşdirilib.
“Sabah” ilk turda səfərdə “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzub. İkinci turda “Slaviya”nı (Praqa) 2:0 hesabı ilə məğlub ediblər. Üçüncü turda isə “Borussiya”ya 1:2, dördüncü turda “Vikinq”ə 1:4 hesabı ilə yeniliblər.
