PSJ-nin ulduzunu qovmaq olar, Vüsalı yox? - VİDEO

30 Aprel 2021 16:00 Zirə 1 823
PSJ-nin ulduzunu qovmaq olar, Vüsalı yox? - VİDEO

Azərbaycan Kubokunda "Zirə" və "Keşlə" arasında keçirilən Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündə (2:3) bir neçə insident yaşandı.

88-ci dəqiqədə meydan sahiblərinin cərimə meydançası daxilində Lazar Corceviçin Anatole Abanqla təması penalti kimi dəyərləndirildi.

FIFA referisi Elçin Məsiyev yan xətt hakimi Pərvin Talıbovla məsləhətləşdikdən sonra 11 metrlik cərimə zərbəsi təyin etdi. Buna etiraz edən "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov və köməkçisi Eltun Yaqublu qırmızı vərəqə aldı. Həmçinin Corceviç də meydandan kənarlaşdırıldı.

Məsiyevin dünənki idarəçiliyi "Zirə"yə antipatiya üzərində qurulmuşdu. Referinin ev sahiblərini finala buraxmaq istəməməsini hələ oyunun əvvəlində büruzə verdi.

Təqdim etdiyimiz ilk videodan bu, açıq-aşkar görünür. qonaqlardan Vüsal İskəndərli 7-ci dəqiqədə Hacıağa Hacılının ayağını tapdalayır, amma baş hakim ona qırmızı vərəqə göstərməyə özündə cəsarət tapmır, «sarı» verməklə kifaayətlənir.

Bu epizoda baxanda, Çempionlar Liqasının yarımfinal mərhələsinin PSJ – «Mançester Siti» qarşılaşmasını (1:2) xatırlamaq lazım gəlir. Paris təmsilçisindən İdrissa Geye 77-ci dəqiqədə məhz oxşar hərəkət üzündən birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulur.

Doğrudan da, sual yaranır: necə olur ki, Elçin Məsiyev biraddımlığında baş verən kobudluğa göz yumur? Ondan belə istəmişdilər yəqin…

SPORTİNFO.AZ

Xəbər Lenti