“Zirə”dən YENİLİK – “Neftçi” və digər 2 rəqibə görə...

5 Mart 2021 21:00 Zirə 1 571
“Zirə”dən YENİLİK – “Neftçi” və digər 2 rəqibə görə...

Premyer Liqanın son 3 turu “Zirə”nin futbolçularını 2500 manat irəli salıb.

“Qartallar” bu turlar ərzındə “Neftçi”yə 1:0 hesabıyla qalib gəlib, “Keşlə” və “Sumqayıt”la səfərdə heç-heçə edib - 2:2, 0:0.

Klub rəhbərliyi 1500 manatı “ağ-qaralar” üzərində qələbəyə ayırıb. Qalan məbləğ isə digər 2 oyun arasında bərabər bölünüb.

“Zirə”də, adətən, heç-heçəyə mükafat verilmir. Sadəcə, yönətim indiki çətin mərhələdə kollektivi bir qədər də ruhlandırmaq məqsədilə bu addımı atıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti