“Zirə” slovakların gözünü “dörd” etdi - VİDEO

26 İyul 2024 01:40 Zirə 1 450
“Zirə” slovakların gözünü “dörd” etdi - VİDEO

Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Zirə" Slovakiyadan "DAK 1904" ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, "Dalğa Arena"da baş tutan matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 29-cu dəqiqədə Rafael Utziq açıb. 31-ci dəqiqədə Junior Martins fərqi iki topa çatdırıb.

Qarşılaşmanın yekun nəticəsini isə 51-ci və 53-cü dəqiqələrdə fərqlənməklə dubl edən David Volkov müəyyənləşdirib.

"DAK 1904" və "Zirə" arasında cavab görüşü 1 həftə sonra Slovakiyada baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA