Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında çıxış edən Gürcüstan millisinin Bakıya növbəti səfərinin tarixi dəqiqləşib. Sportinfo.az xəbər verir ki, qonşu ölkə komandası yanvarın 28-dən paytaxtımızda olacaq. Həmin gün “Lokomotiv”lə qarşılaşacaq gürcülər növbəti günlərdə digər 3 klubumuzla gücünü yoxlayacaq.
28 yanvar
17:00. Gürcüstan – “Lokomotiv”
“Azərreyl” Voleybol Mərkəzi
29 yanvar
17:00. Gürcüstan – “Azəryol”
“Azərreyl” Voleybol Mərkəzi
30 yanvar
17:00. Gürcüstan – “Telekom”
“Gənclik” Olimpiya Kompleksi
31 yanvar
17:00. Gürcüstan – “Azərreyl”
“Azərreyl” Voleybol Mərkəzi

